Blinken və Fidan Qafqaz regionunda sülhü müzakirə ediblər
ABŞ Dövlət katibi Türkiyə XİN rəhbəri ilə Praqada NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində görüşüblər
Dövlət katibi Antoni Blinken bu gün Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Blinken və Fidan Qəzzada girovların azad edilməsini təmin edəcək atəşkəsin əldə edilməsi səylərini, həmçinin Qəzzaya humanitar yardımın artırılmasının və regional qeyri-sabitliyin qarşısının alınmasının vacibliyini müzakirə ediblər.
Onlar həmçinin Qafqaz regionunda sülhün və rifahın qorunması imkanlarını müzakirə ediblər.