XƏBƏRLƏR / Siyasət

Blinkenin köməkçisi Bakıya gəlir

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytı xəbər verir

Blinkenin köməkçisi Bakıya gəlir
Mişel Sison
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ dövlət katibi Antoni Blinkenin beynəlxalq təşkilati məsələlər üzrə köməkçisi Mişel Sison ABŞ-ın əməkdaşlığa sadiqliyini gücləndirmək məqsədilə həmkarları və BMT rəsmiləri ilə görüşlər keçirmək üçün 22 mart - 7 aprel tarixlərində Madaqaskar, CAR, Mavriki, Azərbaycan, Monqolustan, Vyetnam, Tailand və Laosa səfər edəcək.

    ABŞ Dövlət Departamentinin rəsmi saytı xəbər verir ki, Sison martın 22-də Madaqaskarın Antananarivo şəhərinə, martın 24-də CAR-ın Yohannesburq şəhərinə, martın 27-də Mavrikinin Port-Luis şəhərinə səfər edəcək. Dövlət katibinin köməkçisi martın 29-da Azərbaycanın paytaxtı Bakıya, daha sonra isə digər paytaxtlara - Ulan-Batora, Hanoya, Banqkoka və Ventyana gedəcək.

    Qeyd olunur ki, dövlət katibinin köməkçisi Banqkokda olarkən, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının rəsmiləri ilə görüşəcək.