XƏBƏRLƏR / Kriminal

BMT-nin Qəzzadakı ofislərindən yanacaq və dərman oğurlanıb

Bu barədə BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım Agentliyi məlumat yayıb

BMT-nin Qəzzadakı ofislərindən yanacaq və dərman oğurlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım Agentliyinin Qəzza şəhərindəki binasından yanacaq və tibbi ləvazimatlar çıxarılıb.

    Bu barədə BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım Agentliyi məlumat yayıb.

    Məlumatda bildirilib ki, oktyabrın 15-də Qəzzada de-fakto səlahiyyətli hökumətinin Səhiyyə Nazirliyindən olduğunu iddia edən yük maşınları Agentliyin Qəzza şəhərindəki binasından yanacaq və tibbi ləvazimatları çıxarıb:

    "Oktyabrın 13-nə keçən gecə əməkdaşlarımız bir neçə saat öncədən xəbərdar edilərək Agentliyin Qəzza şəhərindəki qərargahından təxliyə olunublar. Həmin vaxtdan bəri, Agentliyin binaya girişi yoxdur və aktivlərin çıxarılması ilə bağlı əlavə təfərrüatlara malik deyilik".

    Qeyd edilib ki, ki, Qəzzadakı qərargahın giriş-çıxışını əhatə edən təhlükəsizlik kameraları zədələndiyi üçün fəaliyyətini dayandırıb:

    "BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım Agentliyində yanacaq və digər materiallar ciddi humanitar məqsədlər üçün saxlanılır - hər hansı digər istifadə qəti şəkildə pislənir".