Bolqarıstan Azərbaycandan xam neft alışını 3,5 dəfə artırıb
Dövlət Gömrük Komitəsi xəbər verir
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Bolqarıstana 277 min 990,61 ton xam neft ixrac edib.
Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 182 milyon 322,5 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 4 ayı ilə müqayisədə 3,5 dəfə, dəyəri isə 3,8 dəfə çoxdur.
Bolqarıstana ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 3,5 % olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 4 milyard 365 milyon 297,57 min ABŞ dolları olan 7 milyon 923 min 086,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb.
1 dəqiqə