XƏBƏRLƏR / Şəhər

Bolqarıstan Prezidenti İliyana Yotova Bakıya səfərə gəlib

Ali qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli qarşılayıb

Bolqarıstan Prezidenti İliyana Yotova Bakıya səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.