Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Bakıya gəlir
Emma Nikolson Bakı Enerji Həftəsində iştirak edəcək
Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson mayın 29-da Bakıya gəlir. Böyük Britaniya səfirliyindən verilən məlumata görə, o, Bakı Enerji Həftəsində iştirak edəcək.
Səfər proqramına energetika naziri Pərviz Şahbazov, mədəniyyət naziri Adıl Kərimli, Milli Məclisin sədri Sahibə Qafarova, o cümlədən enerji, tikinti və tibb şirkətlərinin nümayəndələri ilə görüşlər daxildir.
Nikolson həmçinin Prezidentin Zəngilan, Qubadlı və Cəbrayıl rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev və Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimovla görüşərək işğaldan azad edilmiş ərazilərin bərpasında əməkdaşlıq imkanlarını müzakirə edəcək.
Nikolson Bakı Enerji Həftəsində və Bakı Enerji Forumunda iştirak edəcək.