Laçına Böyük Qayıdış VİDEO

Uzun illər məcburi köçkün həyatı yaşayandan sonra Laçına köçürülən sakinlərdən birinin həsrət dolu çıxışı

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ailələrin Laçın şəhərinə daimi məskunlaşması təmin edilir. 

    44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra dövlətimizin qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir. 

    Laçına köçürülən əhalinin rahat şəraiti üçün bütün infrastrukturlar qurulmaqdadır. 

    Uzun illər məcburi köçkün həyatı yaşayandan sonra öz doğma torpağına - Laçına köçürülən sakinlərdən birinin həsrət dolu çıxışının videosunu təqdim edirik.

    Videoçarx Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.