BP 2025-ci ildə AÇG-nin dərin laylarından ilk qaz alacaq
Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bildirib
BP 2025-ci ilin əvvəlində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun dərin laylarından ilk qazı alacağını gözləyir.
AÇG-də dərin qaz ehtiyatları 300 milyard kubmetr proqnozlaşdırılır.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bildirib ki, birinci mərhələdə qaz hasilatı ildə təxminən 0,5 milyard kubmetr təşkil edəcək.
“Azəri”, “Çıraq” və “Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb və 2024-cü ildə bitib.
2017-ci ildə Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə imzalanıb.
AÇG Azərbaycanın ən böyük neft hasilatı yatağıdır və ölkənin neft hasilatının 60%-dən çoxunu təmin edir.