"BQ rəisi savaşın 4-cü günü müharibəni dayandırmaq istəyib"
Bunu həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan parlamentdə dindirilmə zamanı deyib
Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin şəraitini öyrənmək üçün yaradılan parlament komissiyasının iiclasında dindirilib.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin baş qərargahının keçmiş rəisi Onik Qasparyan hərbi əməliyyatların dördüncü günündə Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla müharibəni dayandırmağı təklif edib.
Keçmiş nazir 2020-ci ilin sentyabrında Ermənistanın Azərbaycanla müharibəyə tam hazır olduğu nağıllarını təkrar edib. Onun sözlərinə görə, güya Türkiyənin "savaşa cəlb olunması" Ermənistan silahlı qüvvələrinin planlarını alt-üst edib.
Təbii ki, Tonoyanın buna sübutu yoxdur. Bu, sadəcə olaraq, məğlubiyyətə haqq qazandırmaq cəhdidir.