BQXK-nın avtomobilləri aksiya ərazisindən keçdi
Laçın-Xankəndi yolu humanitar məqsədli bütün avtomobillər və mülki şəxslər üçün açıqdır
Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
Saat 9 radələrində Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 4 yük, 2 minik avtomobili ərazidən maneəsiz keçib. Avtomobillərin içərisində Qarabağda yaşayan erməni əsilli ailələr də olub.
Bu, bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu humanitar məqsədli bütün avtomobillər və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 127 gündür davam edir.