XƏBƏRLƏR / Münaqişə

BQXK-nin maşınları Laçından keçərək Ermənistana getdilər

Bu, bir daha göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil

BQXK-nin maşınları Laçından keçərək Ermənistana getdilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılır.

    Bu gün səhər saatlarında BQXK-nin yük və minik avtomobilləri Xankəndidən Ermənistan istiqamətinə keçid edib. 

    Bu, bir daha göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.