BQXK-nin maşınları yenidən Laçın yolundan keçdi
Maşınların Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus minik avtomobilləri yenidən Laçın yolundan keçib. BQXK-ya məxsus beş minik, bir yük maşını Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 62 gündür davam edir.