BQXK-nin maşınları yenidən Laçın yolundan keçib
Həmin avtomobillər səhər saatlarında da keçid etmişdilər
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər yenidən Laçın yolundan keçib. BQXK-yə məxsus beş avtomobilin Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.
Həmin avtomobillər səhər saatlarında da keçid etmişdilər.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.