BQXK-nın səkkiz avtomobili Laçın istiqamətinə gedib
Onların aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub
                                Ekoaksiyanın iştirakçıları martın 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus səkkiz minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu, bir daha Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
                    
                                                    
                                                
                                                    
                                                
                            
                            
                            
									1 dəqiqədən az