BQXK sonuncu təxliyəsini aprelin 29-da həyata keçirib
Bunu ANS Press-ə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova deyib
BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni "Sputnik Armenia"ya bildirib ki, 11 gündür xəstələr Qarabağdan Ermənistana aparılmır.
"Azərbaycan keçid məntəqəsi quraşdırıldıqdan sonra bunu cəmi iki dəfə etmək mümkün olub: aprelin 28-də 13 xəstə, 29-da isə daha 16 xəstə köçürülüb. Lakin bundan sonra bəzi dəqiqləşdirmələrə ehtiyac var idi, indi müzakirə olunur, hər hansı qadağadan söhbət getmir".
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova deyib ki, BQXK tərəflərlə aparılan danışıqlar barədə ictimaiyyətə məlumat vermir. "Bircə onu deyə bilərəm ki, BQXK sonuncu dəfə təxliyəni aprelin 29-da həyata keçirib".