BQXK Xankəndinə 70 ton yük apardı
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən məumat verilib
Təqribən 70 ton humanitar yük şənbə günü, 23 sentyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) karvanı ilə Laçın yolu ilə keçib. Bu barədə ANS Press-ə Beynəlxalq Qızıl Xaç Komitəsindən məumat verilib. Məlumatda həmçinin deyilir:
"Ehtiyacı olan icmalar üçün nəzərdə tutulan humanitar yükə 66 ton un, 2700 kq duz, 450 kq quru maya və 375 litr günəbaxan yağı daxildir.
BQXK komandası şənbə günü, həmçinin, döyüşlərdə yaralanmış 17 nəfərin tibbi təxliyəsini də həyata keçirib. Komanda yerli xəstəxanaya tibbi ləvazimatlar və ölənlərlə ləyaqətli rəftar üçün meyit torbaları çatdırıb".