XƏBƏRLƏR / Hadisə

“Bravo”da ələ keçirilən pulun məbləği məlum olub

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd edilib

“Bravo”da ələ keçirilən pulun məbləği məlum olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Martın 4-də Bakıda “Bravo” hipermarketinə edilmiş basqın zamanı silahlı şəxslərin apardığı pulun məbləği məlum olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd edilib.

    Bildirilib ki, silahlı basqınla əlaqədar keçirilən əməliyyat zamanı Ruhlan İsmayılovun gizləndiyi mənzilə baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul aşkar edilərək götürülüb.

    Qeyd edək ki, əməliyyat zamanı silahlı müqavimət göstərən R.İsmayılov zərərsizləşdirilb.

    Silahlı dəstənin ələ keçirdiyi vəsait “Unibank”a məxsus olub. 

    Qeyd edək ki, Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.