Braziliya “qara qutu”lardakı məlumatı Qazaxıstana göndərib
Bu barədə “Reuters“ məlumat yayıb FOTO
Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi (Cenipa), Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin “qara qutu”larının oxunmasını tamamlayıb.
Uçuş məlumatları və kabin səsi yazıcıları Braziliyaya 1 yanvar tarixində çatdırılıb və analizlər növbəti gün başlayıb. Cenipa məlumat verib ki, məlumatların çıxarılması, bərpası və təsdiqlənməsi prosesi 4 yanvar şənbə günü tamamlanıb.
Bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, “Embraer” təyyarəsinin məlumatları qəzanı araşdıran Qazaxıstanın müvafiq orqanına göndərilib.