XƏBƏRLƏR / Neft və Qaz

Brent markalı xam neftin bir bareli 85 dollara satılır

İrana hücumdan sonra neft birdən birə 15-20 dollar bahalaşıb

Brent markalı xam neftin bir bareli 85 dollara satılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Brent markalı xam neftin bir barelinin qiyməti 2024-cü ilin iyul ayından bəri ilk dəfə 85 dolları keçib.

    İrana hücumlardan əvvəl Brent markalı xam neftin qiyməti 65-70 dollar arasında idi.

    Treyderlər xəbərdarlıq edirlər ki, münaqişə daha da şiddətlənərsə, qiymət 100 dollar və ya daha çoxa çata bilər.

    • Azərbaycanın Azeri Light xam neftinin qiyməti barel üçün 72,75 dollardan 87,49 dollara yüksəldi.
    • Brent xam nefti (Şimali dəniz) 5,97% artaraq 82,38 dollara çatdı.
    • WTI (ABŞ) — 73,23 dollar (+6,06%)
    • Rusiyanın Urals xam neftinin qiyməti (fevral ayının sonundan bəri) barel üçün 59 dollardan 63 dollara yüksəldi.
    • Dubay xam nefti (BƏƏ/Asiya) — 71,00 dollar (təxminən) — (+1,45%)