XƏBƏRLƏR / Rəsmi

Britaniya Kralı III Çarlz İlham Əliyevi təbrik etdi

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatı

Britaniya Kralı III Çarlz İlham Əliyevi təbrik etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Britaniya Kralı III Çarlz İlham Əliyevi təbrik edib:

    "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli cənab Prezident.

    Həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan xalqına milli bayramınız münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunuq.

    Mən çox şadam ki, ölkələrimiz belə sıx əlaqələrə malikdir və dostluğumuzun daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.
    Ümidvaram və əminəm ki, ölkələrimiz qlobal miqyasda hamımıza təsir edən iqlim dəyişikliyinin və ətraf mühit problemlərinin müsbət həlli üçün əməkdaşlıq edə bilərlər.

    Həyat yoldaşım və mən bayram münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı yetirməkdən böyük məmnunluq duyuruq.

    Hörmətlə,
     
     Əlahəzrət III Çarlz
    Böyük Britaniya və Şimali İrlandiyanın Kralı".