XƏBƏRLƏR / Hərbi

Britaniya qırıcıları Rusiya təyyarələrinin qarşısını alıb

Hadisə Kalininqrad vilayyətinin yaxınlığında baş verib

Britaniya qırıcıları Rusiya təyyarələrinin qarşısını alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gecə Estoniyada Britaniyanın "RAF Typhoons" qırıcıları Rusiya təyyarələrinin qarşısını almaq üçün havaya qalxıb. Bu barədə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri məlumat yayıb.

    Kral Hərbi Hava Qüvvələrinə məxsus "RAF Typhoon" NATO müttəfiqlərinin nəzarəti altında beynəlxalq hava məkanında uçan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tu-214 təyyarəsinin qarşısını almaq üçün havaya qalxıb.

    Britaniya Hərbi Hava Qüvvələri Tu-214-ün Rusiyanın iki Su-30M qırıcısının müşayiəti ilə Rusiya materiki ilə Kalininqrad vilayəti arasında uçduğunu qeyd edib.