XƏBƏRLƏR / İctimaiyyət

Bu gecə Bakıda avtomobillərin istiqaməti dəyişdiriləcək

AYNA xəbər verir

Bu gecə Bakıda avtomobillərin istiqaməti dəyişdiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək Bakıda bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.

    Bildirilib ki, buna səbəb BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinə hazırlıq məqsədilə nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsidir.

    Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur.