XƏBƏRLƏR / Biznes

Bu gün Bakıda 5-ci INMerge İnnovasiya Sammiti açılıb

Tədbir “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə keçirilir

Bu gün Bakıda 5-ci INMerge İnnovasiya Sammiti açılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Bakıda “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə keçirilən 5-ci INMerge İnnovasiya Sammiti açılıb.

    İki gün davam edəcək sammitin əsas məqsədi Azərbaycanda innovasiya ekosisteminin inkişafına töhfə vermək, startapları və investorları bir araya gətirmək, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır.

    Builki INMerge Sammiti 30-dan çox ölkədən 1000-dən çox CEO, investor, korporativ lider və siyasətçini bir platformada bir araya gətirəcək.

    Sammitin ilk gününün açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PASHA Holding”in baş direktoru Cəlal Qasımov və “PASHA Holding”in innovasiyalar şöbəsinin rəhbəri Tuğra Musayeva çıxış edəcək.

    Bundan əlavə, tədbirin ilk günündə elm və təhsil naziri Emin Əmrullayev, Pixar Animation Studios-un həmtəsisçisi Ed Catmull, Harvard Business School professoru Tarun Khanna və digər məruzəçilər çıxış edəcəklər.