Bu gün Bakıda Avropa çempionatına yekun vurulacaq
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır
Bu gün Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatına yekun vurulacaq.
Çempionatın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə final yarışlarında çıxış edəcəklər. Qrup hərəkətləri komandaları isə beş halqa, üç lent və iki topla finalda güclərini sınayacaqlar.
Ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova, qrup hərəkətləri yarışlarında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv təmsil edəcək.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.