XƏBƏRLƏR / Münaqişə

Bu gün BMT TŞ Hindistan-Pakistan münaqışəsi üçün yığışır

BMT Təhlükəsizlik Şurası qapalı məsləhətləşmələr şəklində keçiriləcək

Bu gün BMT TŞ Hindistan-Pakistan münaqışəsi üçün yığışır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 5-də Hindistan və Pakistan arasında vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

    BMT Təhlükəsizlik Şurası Hindistan və Pakistan arasında artan gərginliyə görə mayın 5-də bazar ertəsi qapalı məsləhətləşmələr şəklində görüşəcək.

    "Pakistan rəsmi olaraq BMT Təhlükəsizlik Şurasında fövqəladə qapalı məsləhətləşmələr tələb edib. Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd iclasdan sonra jurnalistlərə açıqlama verəcək", - Daimi Nümayəndəlik vurğulayıb.