Bu gün dahi bəstəkar Fikrət Əmirovun doğum günüdür
Şuşa Dövlət Qoruğu İdarəsi videoçarx hazırlayıb
Fikrət Məşədi Cəmil oğlu Əmirov (22 noyabr 1922, Gəncə – 20 fevral 1984, Bakı) — Sovet-Azərbaycan bəstəkarı, musiqi xadimi, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956–1959), Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1947), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1959-cu ildən), Azərbaycan SSR Ali Sovetinin IV–IX çağırış deputatı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü olub (1980-ci ildən).
Fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı (1982), SSRİ xalq artisti (1965), Azərbaycan SSR xalq artisti (1958), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1955) fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı (1980), Azərbaycan SSR Dövlət mükafatı (1974), II dərəcəli Stalin mükafatı (1949), Azərbaycan SSR Lenin komsomolu mükafatı (1967) laureatı olmuş, iki dəfə "Lenin" ordeni (1959, 1982), iki dəfə "Qırmızı əmək bayrağı" ordeni (1967, 1971) ilə təltif edilmişdir.