Bu gün Əfv Komissiyası toplaşır
Bu ilin mayında Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir
Bu gün saat 16:00-da Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq. Bu barədə "ANS Press"ə Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, komissiyanın bu ilk iclası yanvarın 12-də keçirilib, 100-dən artıq müraciətə baxılıb. Əfv komissiyasının üzvü onu da bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində, may ayında Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.