Bu gün futbol üzrə DÇ-da 2-ci finalçı müəyyənləşəcək
Argentina millisi İngiltərə yığması ilə qarşılaşacaq
Bu gün futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.
Finala gedən yolda son dünya çempionu Argentina millisi İngiltərə yığması ilə qarşılaşacaq. “Mersedes Bens” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edəcək.
Bu cütün qalibi finalda İspaniya millisinin rəqibi olacaq. İspanlar ötən gecə yarımfinalda Fransaya 2:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən DÇ-2026-nın həlledici oyunu iyulun 19-da baş tutacaq.
1 dəqiqədən az