XƏBƏRLƏR / İdman

Bu gün III MDB Oyunlarının bağlanış mərasimi keçiriləcək

Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb

Bu gün III MDB Oyunlarının bağlanış mərasimi keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda təşkil olunan III MDB Oyunlarına bu gün yekun vurulacaq.

    Yarışda sonuncu medalçılar müəyyənləşəcək.

    Şəkidə bədii gimnastlar mübarizə aparacaq.

    Saat 19:00-da isə Gəncə stadionunda turnirin bağlanış mərasimi baş tutacaq.

    Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.

    Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.