Bu gün Məmməd Əmin Rəsulzadənin anım günüdür
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Ankarada vəfat edib
Bu gün, 6 mart, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məmməd Əmin Rəsulzadənin anım günüdür.
O, 6 mart 1955-ci ildə 71 yaşında Ankarada vəfat etmiş və orada dəfn edilmişdir.

Rəsulzadə Azərbaycan müstəqillik hərəkatının liderlərindən biri kimi tarixdə mühüm yer tutur. O, xüsusilə "Bir dəfə yüksələn bayraq bir daha enməz" deyimi ilə yadda qalıb.
1 dəqiqədən az