Bu gün Rüstəm İbrahimbəyovun ad günüdür
Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur
Rüstəm Ibrahimbəyov 5 fevral 1939-cu ildə anadan olub.1963-cü ildə Azərbaycan Neft və Qaz Institutunu bitirir və sonra təhsilini SSRI Elmlər Akademiyasının Kibernetika Institutunun aspiranturasında davam etdirir.
Lakin gözlənilmədən o, elmi həyatdan ədəbiyyat və kino həyatına keçir. 15 pyesin müəllifi, «Druqaya jizn», «Dopros», «Den rojdeniya» və s. kinoların ssenari müəllifidir. «Oskar» Amerika Kinoakademiyasının üzvü, Rusiya Kinematoqrafçılar Ittifaqının katibidir.
Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat etmişdir.13 mart 2022-ci ildə sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilmiş və 16 martda nəşi Bakıya gətirilmişdir. Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
1 dəqiqədən az