Bu gün şən və hazırcavab Anar Məmmədxanovun ad günüdür

A.Məmmədxanova həsr olunmuş bu sənədli film ANS televiziyasında 2016-cı ildə çəkilib və yayımlanıb VİDEO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Anar Camal oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub.

    1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib.

    1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.

    Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olub.

    "Ultra Production" şirkətinin və "Day.az" xəbər saytının yaradıcısı idi. 

    23 aprel 2011-ci ildə vəfat edib. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı,  ürəyin işemik xəstəliyi olub.