Bu gün bəstəkar Tofiq Quliyevin ad günüdür
Milli estrada musiqisinin banilərindən biri olan görkəmli Azərbaycan bəstəkarınin 108-ci ildönümüdür
Bu gün milli estrada musiqisinin banilərindən biri olan görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin (1917–2000) anadan olmasının 108-ci ildönümüdür.
Onun çoxjanrlı əsərləri ölkənin mədəni irsini zənginləşdirib və müxtəlif nəsillərin ifaçılarının repertuarlarında yer almaqda davam edir.
Quliyev Bakı və Moskva Konservatoriyalarında təhsil alıb, Bakıda ilk estrada orkestrini yaradıb, teatr tamaşalarına və 40-dan çox filmə musiqi yazıb. Böyük Vətən Müharibəsi illərində onun orkestri cəbhə xəttində çıxış edib.
Xidmətlərinə görə bəstəkar Azərbaycan SSR-in Əməkdar Artisti və Azərbaycan SSR Xalq Artisti adlarına, Lenin Komsomolu ordeni və Lenin Komsomolu Mükafatına layiq görülüb. O, həmçinin xaricdə də tanınıb. O, 2000-ci ildə vəfat edib və Bakıda dəfn edilib.