XƏBƏRLƏR / Qayıdış

Bu gün Xankəndidə uzun illərdən sonra ilk toy məclisidir

Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimli Şuşada yaşasa da, toyu Xankəndidə etmək qərarına gəlib

Bu gün Xankəndidə uzun illərdən sonra ilk toy məclisidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndidə uzun illərdən sonra ilk toy məclisi qurulur.

    Bu gün gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi Xankəndidəki restoranlardan birində keçiriləcək. Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər. Onların ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.

    Bəy, gəlin, onların ailə üzvləri və qohumları Şuşa şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, sonra Cıdır düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzəcək və toy keçiriləcək restorana yollanacaqlar.