XƏBƏRLƏR / İctimaiyyət

Bu gündən Azərbaycanda heyvan bazarları bağlanır

AQTA xəbər verir

Bu gündən Azərbaycanda heyvan bazarları bağlanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanır.

    Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır.

    Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq.

    Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər.

    Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.