AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslər açıb.
İyulun 17-dən etibarən Bakıdan Füzuliyə və əks istiqamətdə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Ekonom klasla uçuş biletinin qiyməti bir tərəfə 78 manatdır. Lakin AZAL-ın saytında xəbərdarlıq edilir ki, bu istiqamətdə uçuş üçün xüsusi icazə lazımdır.