XƏBƏRLƏR / Qayıdış

Bu il daha 30 min nəfər doğma yurdlarına qayıdacaq

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib

Bu il daha 30 min nəfər doğma yurdlarına qayıdacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfdir.

    Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, hazırda qeyd olunan bu 3 rayonda yaşayanların ümumi sayı 50 min nəfərdən çoxdur:

    "Bu il daha 30 min sakinin doğma yurdlarına qayıtması əsas hədəfimizdir. Ağdamda 4 və 5-ci yaşayış komplekslərinin, iki kəndin tikintisinin başa çatması, Füzulinin isə Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikintisinin başa çatdırılması ilə bunu təmin edə biləcəyik".