XƏBƏRLƏR / Turizm

Bu ilin 3 ayında Azərbaycana gələn turislərin sayı 50% artıb

Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyi məlumat yayıb

Bu ilin 3 ayında Azərbaycana gələn turislərin sayı 50% artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2023-cü ilin yanvar-mart aylarında bütün ənənəvi turizm istiqamətlərindən gələn qonaqların sayı artıb. (Cədvələ bax)

     Təkcə İrandan Azərbaycana gələn turistlərin sayı azalıb. İran turistlərinin sayı 33,4 min nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (35,4 min nəfər) 6% azdır. Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyi məlumat yayıb.

    Bu dövrdə Azərbaycana gələn turistlərin sayına görə birinci yerdə Rusiya (119,2 min), ikinci yerdə Türkiyə (79,2 min) və üçüncü yerdə İran (33,4 min) qərarlaşıb.


    Qeyd olunur ki, 2023-cü ilin 3 ayında Azərbaycana 369 072 nəfər səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (246 277 nəfər) 50% çoxdur.