BLOQ

Bu ölkədə sənət adamları ölməməlidirlər

Xalq sevimli aktyorları ilə vidalaşa bilmir

Bu ölkədə sənət adamları ölməməlidirlər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yadımdadır, fransız aktyoru Jan-Pol Belmondo vəfat edəndə televiziyalar möhtəşəm dəfn mərasimindən birbaşa yayım etmişdilər. Sənət dostları orda idi, siyasətçilər, ictimai xadimlər vida görüşünə gəlmişdi. Milli Qvardiya orkestri Ennio Morrikonenin "Professional" filminə yazdığı "Chi Mai", "Marselyoza"nı ifa edirdi. 

    Adam Belmondo kimi ölər, onun kimi dəfn olunar. Sonra da deyirik ki, bizdə sənət yoxdur. 

    Xalq artistləri - Arif Quliyev, Ramiz Əzizbəyli, Ramiz Novruz evlərindən birbaşa qəbiristanlığa aparıldı. Xalq sevimli aktyorları ilə həyətdə vidalaşdı.

    Arif Quliyevin cənazəsi Yasamaldakı evinin həyətindən götürüldü (07.05.2021). 

    Ramiz Əzizbəyli ilə vida mərasimi Yasamaldakı evinin həyətində oldu (10.06.2021).

    Ramiz Novruzla vida mərasimi Yasamaldakı evinin həyətində keçirildi (21.02.2023). 

    Yəni bizdə aktyor, ya aktrisa rəhmətə gedəndə nəyə görə isə onların cənazələrini teatrlardan, Aktyor Evindən, yaxud Teatr Xadimləri İttifaqından götürmürlər. Niyə? Ağzınızda deyirsiniz ki, "Aktyor evi". Kimin üçün saxlayırsınız? Kim qalıb ki?