XƏBƏRLƏR / Ekologiya

Bursada su böhranıdır

Türkiyə mətbuatı yazır

Bursada su böhranıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Bursa şəhərində su böhranı yaşanır.

    Bursanın əsas su mənbələri olan Doğancı və Nilüfər su anbarlarında su səviyyəsi sürətlə azalır.

    Nilüfər su anbarında su tamamilə tükənib, Doğancı su anbarında isə səviyyə enməkdə davam edir. Şəhərdə 1 oktyabr tarixindən etibarən gündə 12 saatlıq planlı su kəsintiləri tətbiq olunur.

    Qlobal istiləşmənin yaratdığı quraqlıq “su şəhəri” kimi tanınan Bursanı susuz vəziyyətə salıb.