Çavuşoğlu və Bayramov telefonla danışıblar
Danışıq zamanı regional məsələlər müzakirə edilib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Danışıq zamanı regional məsələlər müzakirə edilib.
Xatırladaq ki, iki nazir dünən martın 16-da Ankarada Türk Dövlətlər Təşkilatının XİN rəhbərlərinin iclası çərçivəsində görüşmüşlər.