Cəbrayılın havası da, suyu da bizə dərmandır VİDEO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi təqdim edir
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl sakini Vidadi Hümbətovla müsahibə hazırlayıb.
Bu barədə Komitədən məlumat verilib.
"Cəbrayılın havası da, suyu da bizə dərmandır", - yenidən inşa edilən Cəbrayıl şəhərinin sakini Vidadi Hümbətov deyib.
Məcburi köçkünlük dövründə o da yurddaşları ilə birgə nə vaxtsa geri dönəyəcəyinə inanıb. Ümid və inamının gerçəyə çevrilməsindən çox məmnundur. Böyük Qayıdışın bir siması kimi öz duyğularını və minnətdarlıq hissini səmimiyyətlə ifadə edir.