XƏBƏRLƏR / Qayıdış

Horovlu kəndində ailələrə evlərinin açarları təqdim olunub

Bu mərhələdə kəndə 30 ailə, 115 nəfər köçürülüb YENİLƏNİB

Horovlu kəndində ailələrə evlərinin açarları təqdim olunub
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:30

    Növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

    Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

    Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

    Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

    Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 30 ailə olmaqla, 115 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    ***

    13:30

    Cəbrayıl rayonunun Horovlu kəndinə yollanan köç karvanı ünvana çatıb.

    ***

    11:33

    Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.



    Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə, 115 nəfər köçürülüb. 



    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.