Cəfər Hüseynzadə NATO-nun baş katibinin müavini ilə görüşüb
Azərbaycanın NATO yanında nümayəndəmiz Radmila Şekerinskaya ilə Cənubi Qafqaz regionundakı vəzoiyyatı müzakirə ediblər

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO baş katibinin müavini Radmila Şekerinskaya ilə görüşüb.
Görüşdə Azərbaycan ilə NATO arasında Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramı çərçivəsində əməkdaşlıq, ölkəmizin NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlara verdiyi töhfə, o cümlədən Avropanın enerji təhlükəsizliyi məsələsi müzakirə olunub.
Tərəflər həmçinin Cənubi Qafqaz regionunda baş verən son hadisələri, Azərbaycanın qlobal nəqliyyat infrastrukturunun inkişafındakı rolunu müzakirə ediblər.
Azərbaycan-NATO tərəfdaşlığının 30 illiyinə həsr olunmuş görüşdə Hüseynzadə və Şəkərinskaya 2024-cü ildə əməkdaşlığı yüksək qiymətləndirib və 2025-ci ildə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.