XƏBƏRLƏR / Kriminal

Cəlilabadda 17 kiloqram narkotik vasitə aşkarlanıb

DİN xəbər verir

Cəlilabadda 17 kiloqram narkotik vasitə aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər zamanı əvvəllər məhkum olunmuş 34 yaşlı Ziya Heydərzadə saxlanılıb.

    Ondan ümumilikdə 17 kiloqram marixuana, heroin, tiryək və metamfetamin aşkarlanıb.

    O ifadəsində narkotikləri paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib