XƏBƏRLƏR / Hadisə

Cəlilabadda tursit avtobusu aşıb FOTO YENİLƏNİB

Ölənlər var

Cəlilabadda tursit avtobusu aşıb FOTO YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:53

    TƏBİB-dən bildirilib ki, bu gün saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 9 nəfər (8 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

    Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

    Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

    Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

    ***

    11:45

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

    Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

    Araşdırma aparılır.

    ***

    11:26

    Cəlilabadda dəhşətli yol qəzası baş verib.

    Hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, yaralılar var.

    Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

    Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.