XƏBƏRLƏR / İctimaiyyət

Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb

Bu barədə sosial şəbəkədə özü məlumat yayıb

Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb.

    Bu barədə Cəmil Həsənli sosial şəbəkədə özü məlumat yayıb.

    Onun DTX-da şahid qismində dindiriləcəyi bildirilir.

    Qeyd edək ki, Cəmil Həsənli noyabrın 30-da DTX-da şahid qismində ifadə verib.

    Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.