
12:22
Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş başlayıb.
Görüş Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində keçirilir.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, aparılan müzakirələrdə parlament sədrləri Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.
Onlar konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Sonuncu dəfə iki ölkənin qanunverici orqanlarının spikerləri 2025-ci ilin aprelində Sankt-Peterburqda görüşüblər.