Cənubi Azərbaycanın Səlmas bölgəsində baş verən daşqınlar nəticəsində iki nəfər ölüb, altı nəfər xəsarət alıb, daha iki nəfər isə itkin düşüb.

Bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi məlumat verib.

Onun sözlərinə görə, ölənlər 10 yaşlı qız uşağı və 63 yaşlı kişi olub. Hər iki şəxsin meyiti Qızıl Aypara əməkdaşları tərəfindən tapılaraq aidiyyəti qurumlara təhvil verilib.

Daşqınlardan ən çox zərər Kaniyan kəndi görüb. Burada 11 nəqliyyat vasitəsi sel sularının əhatəsində qalıb.
1 dəqiqədən az