XƏBƏRLƏR / Diplomatiya

Cənubi Qafqaz ölkələrinin səfirləri İtaliyada görüşüb

Bu barədə diplomatik mənbələr xəbər verib

Cənubi Qafqaz ölkələrinin səfirləri İtaliyada görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan, Ermənistan və Gürcüstanın İtaliyadakı səfirləri Cənubi Qafqazda sülh və nəqliyyat kommunikasiyalarının inkişafı məsələlərini müzakirə ediblər.

    Azərbaycan səfiri Elçin Hüseynli, Ermənistanın İtaliyadakı səfiri Vladimir Karapetyan və Gürcüstan səfiri Tamara Liluaşvili Festival della Diplomzia çərçivəsində təşkil edilən "Qafqaz yol ayrıcında: Sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı müzakirədə iştirak ediblər. Bu barədə Ermənistanın İtaliyadakı səfirliyi məlumat verib.

    Tədbirdə İtaliya universitetlərinin alimləri və tələbələri, jurnalistlər, beyin mərkəzlərinin liderləri və nümayəndələri də daxil olmaqla təxminən 150 nəfər iştirak edib.

    Müzakirə regionda sülhün möhkəmləndirilməsi, nəqliyyat kommunikasiyalarının inkişafı, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqazı Avropa ilə birləşdirən marşrutların inkişaf perspektivləri mövzularına həsr olunub.